İran terror hücumunun şəxsi zəmində baş verdiyini iddia edir

İran terror hücumunun şəxsi zəmində baş verdiyini iddia edir
Oxunma sayı: 5175

İran Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunun şəxsi zəmində baş verdiyini iddia edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran XİN-in teleqram kanalında paylaşılan məlumatda deyilir.

“İran XİN və DİN-in rəhbərləri Hüseyn Əmir Abdullahian və Əhməd Vahidi silahlı hücumun məqsəd və motivlərini nəzərdən keçiriblər. Onlar belə müəyyən ediblər ki, ilkin müşahidə və dəlillərə əsasən, silahlı şəxs hücumu şəxsi zəmində edib”, - deyə məlumatda qeyd olunub.

Həmçinin oxuyun: Достигайте своих бизнес-целей с микрокредитом Yelo Bank