İran təyyarələrin göyərtəsinə mobil telefonlar istisna olmaqla elektron informasiya mübadiləsi cihazları keçirilməsinə qadağa qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Bildirilib ki, peycerlər, ratsiyalar və bu kimi cihazları nə əl yükündə, nə də baqajda aparmaq olmaz.