İran təyyarələrinə yanacaq verilmir

İran təyyarələrinə yanacaq verilmir
Oxunma sayı: 228

“Media forum” saytının məlumatına görə, Fərhad Pərvəriş qeyd edib ki, “İranAir” in sərnişin təyyarələrinə yanacaq verilməməsi beynəlxalq sanksiyalarla əlaqədardır: “Hazırda “İranAir” aviasiya şirkəti dünyanın 33 yerinə uçuş təşkil edir. Lakin İrana qarşı sanksiyalar gücləndirildikdən sonra Avropa ölkələrindəki 13 aeroport təyyarələrimizə yanacaq verməkdən imtina edir. Sərnişin təyyarələrimizə yanacaq verilməməsinə baxmayaraq biz Avropa ölkələrinə uçuşları dayandırmamışıq.

Misal üçün, biz Almaniyanın üç şəhərinə - Frankfurt, Hamburq və Kölnə uçuşlar təşkil etsək də, bu şəhərlərin aeroportları bizə yanacaq vermir. Həmçinin Böyük Britaniyanın London aeroportu da bizə yanacaq verməkdən imtina edir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi