İran Trampa və amerikalı məmurlara qarşı sanksiya tətbiq etdi

İran Trampa və amerikalı məmurlara qarşı sanksiya tətbiq etdi
Oxunma sayı: 827

İran ABŞ Prezidenti Donald Trampa və bir sıra amerikalı məmura qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Qara siyahı”ya ABŞ dövlət katibi Mayk Pompeo, maliyyə naziri Stiven Mnuçin, Pentaqonun keçmiş rəhbəri mark Esper, ölkənin müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel, Trampın Təhlükəsizlik Məsələləri üzrə sabiq müşaviri Con Bolton, ABŞ-ın İran üzrə sabiq xüsusi elçisi Brayn Huk və hazırkı xüsusi elçi Elliot Abrams daxil edilib.