Türkiyənin Van şəhərinin Başkale rayonunun İranla sərhədində 6 kişi cəsədi tapılıb.
“Qafqazinfo”nun “CNNturk”ə istinadən verdiyi xəbərə görə, çöllük ərazidəki meyitləri çobanlar taparaq polisə xəbər veriblər.
Həmin şəxslərin qış aylarında sərhəddən keçmək istəyərkən donaraq ölən qeyri-qanuni miqrantlar olduğu müəyyənləşib.
Son xəbərlər
Son Xəbərlər