İran Türkiyəyə heyət göndərmək istədi, rədd cavabı aldı

iran-turkiyeye-heyet-gondermek-istedi-redd-cavabi-aldi
Oxunma sayı: 4242

İran millət vəkillərindən yüksək vəzifəli idarəçilərə qədər hər yerə yayılan koronavirus (Covid-19) epidemiyası sonrası Türkiyəyə heyət göndərmək istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

“İranda epidemiya çox yayılmağa başladı. Biz onlara Qum şəhərini bağlamağı tövsiyə etdik, ancaq buna ehtiyac olmadığını dedilər. İndi isə vəziyyət ağırlaşanda kömək istəyirlər. Bizim Elmi Qurumumuzla görüşmək istəyirdilər, lakin onlara “gəlməyin, Skype ilə əlaqə quraq” dedik”.

Qeyd edək ki, İran koronavirusun ən sürətlə yayıldığı və ən çox ölüm hallarının baş verdiyi ölkələrdəndir.