İran Türkiyəyə kömək təklif etdi

iran-turkiyeye-komek-teklif-etdi
Oxunma sayı: 1823

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Elazığda baş vermiş zəlzələdən sonra Türkiyəyə kömək təklif edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, qurumun məlumatında deyilir:

“Türkiyədəki zəlzələdən sonra İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif türkiyəli həmkarı ilə telefon danışığı zamanı İranın zərər çəkənlərə lazımi kömək göndərməyə hazır olduğunu bildirib”.

Zərif, həmçinin baş verən hadisə ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ rayonunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.