“İran lazım gələrsə, uranı 90%-ə qədər zənginləşdirə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın cari Prezidenti Həsən Ruhani Tehranda baş tutan Nazirlər Kabinetinin görüşünün yekunlarından danışarkən deyib.
Ruhani qeyd edib ki, ölkənin nüvə proqramı günü-gündən inkişaf edir.
“İranın Atom Enerjisi Təşkilatı uranı 20 və 60 faizə qədər zənginləşdirə bilər. Və bir gün reaktorların işi üçün 90%-ə qədər zənginləşdirilmiş uran tələb olunduqda, bununla bağlı heç bir problem olmayacaq”, - deyə H. Ruhani bildirib.
Son xəbərlər
Son Xəbərlər