İran əvvəllər təsdiqlənmiş “Sanksiyaların ləğvi üçün strateji tədbir” qanununa uyğun olaraq Fordo nüvə müəssisəsində uranın 20 faiz səviyyəsində zənginləşdirilməsi prosesini başladıb.
"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Rəbii açıqlama verib.
"İran prezidenti bir neçə gün əvvəl zənginləşdirməyə 20%-lə başlamağı əmr etdi. Bir neçə saat əvvəl, bir sıra ilkin tədbirlərdən sonra UF6 (uran heksaflorid) qazının verilməsi başladı. İlk məhsul bir neçə saat ərzində əldə ediləcək",-deyə Əli Rəbii açıqlamasında bildirib.
Son xəbərlər
Son Xəbərlər