“İran və “Hizbullah” yaxın 24 saatda İsrailə hücum edə bilərlər”

iran-ve-hizbullah-yaxin-24-saatda-israile-hucum-ede-bilerler
Oxunma sayı: 1594

“İran və “Hizbullah” hərəkatı yaxın 24 saat ərzində İsrailə hücum edə bilərlər”.

“Qafqazinfo” “Axios” portalına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken G7-nin XİN rəhbərlərinə bildirib.

Məlumata görə, Blinken İran və “Hizbullah”a diplomatik təzyiq göstərmək və hücumlarının gücünü minimuma endirmək üçün G7-dəki həmkarları ilə telefon danışığı aparıb. ABŞ dövlət katibi bildirib ki, mümkün hücumun nəticələrinin yüngülləşdirilməsi regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı yol olacaq.