İran və Rusiya Azərbaycandan keçəcək marşrutu müzakirə edəcək

iran-ve-rusiya-azerbaycandan-kececek-marsrutu-muzakire-edecek
Oxunma sayı: 957

Rusiya Federal Gömrük Xidmətinin (FGX) rəhbəri Andrey Belyaninov 16-17 may tarixlərində İrana səfər edəcək. O, qonşu ölkədə iqtisadiyyat və maliyyə nazirinin müavini, İranın Gömrük Administrasiyasının rəhbəri Məsud Karbasian ilə danışıqlar aparacaq.

Qafqazinfo” report-a istinadən xəbər verir ki, Rusiya FGX-nin Mətbuatla qarşılıqlı fəaliyyət üzrə şöbəsinin rəisi Dmitri Kotikov məlumat verib.

"Gömrük prosedurlarının yüngülləşdirilməsinə yönəlmiş "Sadələşdirilmiş gömrük dəhlizi" və "Şimal-Cənub" layihələrinin reallaşdırılması üzrə məsələlərin müzakirə olunması planlaşdırılır", - deyə idarə rəsmisi bildirib.

Onun sözlərinə görə, birinci layihə Rusiya və İran arasında hərəkətdə olan mal və nəqliyyat vasitələri haqqında ilkin informasiya mübadiləsini nəzərdə tutur. O artıq Moskva və Tehranda biznesə təqdim olunub.

""Şimal-Cənub" layihəsi yüklərin ümumi uzunluğu Helsinkidən Rusiya, Azərbaycan və İrandan keçməklə Hindistanın Mumbay limanına və Cənub-Şərqi Asiyayadək 7 min km-dən çox olan multimodal nəqliyyat marşrutudur", — deyə Kotikov izah edib.

O əlavə edib ki, Belyaninov İrana səfəri çərçivəsində İran biznesinin nümayəndələri ilə də görüşmək niyyətindədir.