“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Necat Sail Qulamreza oğlu bildirib ki, yaşadığı Şahlar Allahverdiyev küçəsi 53 ünvanındakı evin həyətində asılmış köynəyi oğurlanıb. 47 yaşlı S.Necat əlavə edib ki, onun köynəyini qonşuları oğurlayıb.
Ərazi üzrə müvafiq polis bölməsinin əməkdaşları onlara müraciət edən İran vətəndaşının evinə dəfələrlə getsələr də, onunla əlaqə saxlamağa çalışsalar da bu mümkün olmayıb.
Araşdırmalar davam etdirilir
Son xəbərlər
Son Xəbərlər