İran XİN başçısı Azərbaycana səfərindən yazdı

iran-xin-bascisi-azerbaycana-seferinden-yazdi
Oxunma sayı: 3386

“Bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana səfəri ilə bağlı tviterdəki paylaşımında bildirib.

O, ölkəmizə səfərini qonşuluq siyasətini inkişaf etdirmək üçün fürsət adlandırıb.

“Üzv ölkələrin müxtəlifliyinə görə, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həllində çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirməkdə xüsusi imkanlara malikdir. Həmçinin, bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”, - deyə o vurğulayıb.