İran XİN başçısı sabah Türkiyəyə gedir

iran-xin-bascisi-sabah-turkiyeye-gedir
Oxunma sayı: 1884

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yanvarın 17-də Türkiyəyə rəsmi səfər edəcək.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Nazirlər arasında keçiriləcək görüşdə regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur.