İran XİN-in saytına haker hücumu edildi

iran-xin-in-saytina-haker-hucumu-edildi
Oxunma sayı: 1236

İran Xarici İşlər Nazirliyinin rəsmi saytı haker hücumuna məruz qalıb.

“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, nazirliyin saytı hücum səbəbindən bir müddət işləməyib. 

Hadisədən sonra XİN-in saytında ana səhifədə “Xameneyiyə ölüm, yaşasın Rəcəvi” sözləri yazılıb. Bununla yanaşı, bir qrup haker İran XİN-in bir çox məxfi sənəd və materiallarını, eləcə də nazirlik əməkdaşlarının şəxsi məlumatlarını ələ keçirdiklərini iddia edib. 

İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani isə qurumun məxfi sənədlərinin ələ keçirilməsi barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, yalnız saytın interfeysi haker hücumuna məruz qalıb.

O bildirib ki, bütün lazımi tədbirlər görülüb və sayt artıq istifadə üçün açıqdır.