İran yeni pilotsuz təyyarələrin istehsalına başlayıb

iran-yeni-pilotsuz-teyyarelerin-istehsalina-baslayib
Oxunma sayı: 634

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən bildirir ki, İran yeni pilotsuz təyyarələrin istehsalına başlayıb. Layihənin Baş mühəndisi Rza Danəndə Həkəmad “Fars” informasiya agentliyinə açıqlamasında yeni “Şaparak” təyyarələri ilə hərbi, axtarış-xilasedici, sərhədlərin mühafizəsi və digər əməliyyatları həyata keçirmək mümkün olacaq.

Baş mühəndis yeni pilotsuz təyyarələrin 4.6 min metr yüksəklikdə uça biləcəyini də açıqlamasında qeyd edib. Həkəmadın sözlərinə görə, təyyarə 3.5 saat müddətində uçuş keçirə bilir. Habelə o “Şaparak”ın yeni texnoloji imkanlarla təchiz olunduğunu da bildirib.

Təyyarənin digər xüsusiyyətləri haqda isə əlavə məlumat verilmir.