İran yeni raket və PUA-larını təqdim etdi

İran yeni raket və PUA-larını təqdim etdi
Oxunma sayı: 3848

Bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqerinin iştirakı ilə yeni raket və pilotsuz uçan aparatlar (PUA) təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, general hərbi bazaya gələrək yeni “Heydər-1” raketi, “Fatras” və “Kaman-22” PUA-lar ilə tanış olub.

Qeyd edilib ki, “Heydər-1” raketi 200 kilometr uzaqlıqdakı hədəfləri dəqiq vurmaq imkanına malikdir.

Yeni PUA-lar isə raket daşımaq üçün nəzərdə tutulub. Döyüş zamanı raketlə təchiz olunan “Fatras” və “Kaman-22” PUA-ları 1000 kilometrlik məsafədəki hədəfləri məhv edə bilər.

General Məhəmməd Baqeri nəzərə çatdırıb ki, İran regionda heç bir zaman müharibə olmasını istəmir, İranın yeni silahları yalnız müdafiə xarakterlidir.