İrana gedənlərin sayı 80,6 faiz artıb

irana-gedenlerin-sayi-806-faiz-artib
Oxunma sayı: 2654

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2020-ci illə müqayisədə 16,3 faiz azalaraq, 974,5 min nəfər olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6 faiz, Gürcüstana gedənlərin sayı 75,3 faiz azalıb, Türkiyəyə  gedənlərin sayı 2,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 7,8 faiz artıb.

Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 7,8 faizi Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.

2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8 faizi hava, 28,0 faizi dəmir yolu və avtomobil, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.