İrana keçmək istəyən 5 əcnəbi saxlanıldı

irana-kecmek-isteyen-5-ecnebi-saxlanildi
Oxunma sayı: 779

26 aprel 2018-ci il tarixdə Dövlət Sərhədi Xidməti əməkdaşlarının sayıqlığı və pe­şə­kar­lığı sayəsində 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb. “Qafqazinfo” DSX-nin saytına istinadən xəbər verir ki, hadisə “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində “Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqa­mət­dən mühəndis çəpərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşa­hidə olunmuş və hərə­kətləri nəzarətə götürülüb. Həmin şəxslər sər­həd zastavasının mü­həndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərə­findən sərhəd pozucusu qismində saxlanılıblar.

Araşdırma zamanı Azərbay­candan İran İslam istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaları 1987-ci il təvəl­lüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı San­thı­rakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheesku­mar, 1994-cü il təvəllüdlü Gu­nasl­gar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyən olunub.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.