İrana Qarabağın müsəlman yox, erməni-xristian irsi daha maraqlıdır?

irana-qarabagin-muselman-yox-ermeni-xristian-irsi-daha-maraqlidir
Oxunma sayı: 6875

İranın Ermənistandakı səfiri Abbas Badaşxan Zohuri Yerevanda Qarabağın xristian və erməni irsinə həsr olunmuş sərgidə iştirak edib.

“Qafqazinfo” erməni mətbuatına istinadən xəbər verir ki, sərgi Ermənistan Xarici İşlər Nazirliyinin yanında fəaliyyət göstərən mədəni diplomatiya platforması tərəfindən təşkil olunub. Sərgi “Təhlükəyə düşmüş irs” adı altında keçirilir. İranın bu ölkədəki səfiri də həmin sərgini ilk ziyarət edən diplomatlardan olub.  

Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dəfələrlə xarici diplomatik korpusun nümayəndələrinin səfəri təşkil olunsa da, niyəsə İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi bir dəfə də olsun həmin ərazilərə getməyib.

Necə olur ki, Qarabağın xristian və erməni irsinə həsr olunmuş sərgi İranın Ermənistandakı səfirinin diqqətini cəlb edir, amma bir müsəlman ölkəsinin başına gələnlər, məscidləri, mədəniyyət abidələri təhqir edilən və dağıdılan Azərbaycanın azad olunmuş ərazilərinə təşkil olunmuş səfərlər İranın Azərbaycandakı səfirini maraqlandırmır.  

Maraqlıdır ki, İran həmişə özünü islam irsinin maraqlarına xidmət edən bir ölkə kimi təqdim edir, bəs necə olur ki, İran səfirləri digər müsəlman ölkəsinin başına gələnlərə biganə qalır?..