ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.
Bayden Netanyahuya ABŞ-nin İrandan müdafiə məsələsində, HƏMAS hərəkatı, “Hizbullah” və Husilərin bütün təhdidlərinə qarşı İsrailə kömək etməyə hazır olduğuna əmin edib.
“Prezident ballistik raketlər və pilotsuz təyyarələr, o cümlədən ABŞ-nin yeni müdafiə xarakterli hərbi yerləşdirmələri də daxil olmaqla, İsrailin təhdidlərə qarşı müdafiəsini dəstəkləmək səylərini müzakirə edib”, - ABŞ liderinin ofisi bildirib.