Avropa Birliyi İranda insan hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiqinin müddətini artırıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, rəsmi sənəddə deyilir:
“Birlik 11 aprel 2016-cı ilə qədər nəzərtə tutulmuş sanksiyaların müddətini 13 aprel 2017-ci ilə qədər artırıb. İranda insan hüquqlarını pozan 82 şəxsə və bir hüquqi insana qarşı məhdudlaşdırıcı tədbirlər görüləcək”.
Qeyd olunur ki, bu qərar aprelin 12-də Avropa Birliyinin rəsmi jurnalında dərc olunandan sonra qüvvəyə minəcək.
Son xəbərlər
Son Xəbərlər