İranda 103 yaşlı qadın koronavirusa qalib gəldi

iranda-103-yasli-qadin-koronavirusa-qalib-geldi
Oxunma sayı: 2139

İranın Simnan şəhərində 103 yaşlı bir qadın pasient yeni tip koronavirusu məğlub edən ikinci ən yaşlı insan olaraq qeydiyyata alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Tibb Elmləri Universitetinin rektoru Nevid Danayi açıqlama verib.

“Təxminən bir həftə koronanavirus səbəbiylə Simnan Kövsər Xəstəxanasında müalicə alan 103 yaşlı bir qadın pasient tam sağalaraq evinə buraxılıb”,- deyə o, bildirib.

Qeyd edək, son məlumatlara görə, İranda koronavirusa yoluxanların sayı 16,169-a çatıb.