İranda 1284 nəfər koronavirusdan ölüb

iranda-1284-nefer-koronavirusdan-olub
Oxunma sayı: 1479

Son 24 saat ərzində İranda yeni tip koronavirusdan daha 149 nəfər ölüb. Bununla da, epidemiyadan həyatını itirənlərin sayı 1,284-ə çatıb.

“Qafqazinfo”nun xəbərinə görə, İranda yeni 1046 virusa yoluxma faktı aşkarlanıb ki, bu da ölkə üzrə 18,407 fakt təşkil edir.

5,710 nəfər xəstəxanada müalicə nəticəsində sağalaraq evə buraxılıb.