İranın paytaxtı Tehran yaxınlığında yük təyyarəsi qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, təyyarənin göyərtəsində olan 10 nəfərin öldüyü bildirilir.
Hadisənin təfərrüatı hələ ki, bilinmir.
***
Karqo təyyarəsinin Bişkekdən uçduğu bildirilir.
***
İranın “Fars” agentliyinin məlumatına görə, qəzaya səbəb pilotların idarəetməni itirmələri olub. Yerə enə bilməyən təyyarə yaşayış evinə girib. Hadisə yerində 7 nəfərin cəsədi aşkarlanıb.
“Boeing 707” təyyarəsinin göyərtəsində cəmi 16 nəfər olub. Onlardan biri sağ qalıb. Həmin şəxsin təyyarənin mühəndisi olduğu bildirilir.
Yerli sakinlər arasında ölənlərin olub-olmaması ilə bağlı məlumat yoxdur.
Yük təyyarəsi İran ordusuna aid olub, göyərtəsində 30 ton ət daşıyıb.
Son xəbərlər
Son Xəbərlər