İranda 20 mindən çox insan koronavirusa yoluxub

iranda-20-minden-cox-insan-koronavirusa-yoluxub
Oxunma sayı: 1405

Son 24 saat ərzində İranda yeni tip koronavirusdan daha 123 nəfər ölüb. Bununla da, epidemiyadan həyatını itirənlərin sayı 1,556 -ya çatıb.

“Qafqazinfo”nun xəbərinə görə, İranda yeni 966 virusa yoluxma halı aşkarlanıb ki, bu da ölkə üzrə 20,610 fakt təşkil edir.

7,635 nəfər xəstəxanada müalicə nəticəsində sağalaraq evə buraxılıb.