İran kəşfiyyatçıları ölkədə terror aktları törətməyə hazırlaşan İŞİD terror təşkilatının 27 üzvünü tutub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terrorçuların böyük şəhərlərdə və müqəddəs məkanlarda kütləvi qırğınlar törətmək hazırlığında olduğu bildirilib.
Qeyd edək ki, İranda sonuncu dəfə terror aktı iyunun 7-də baş vermişdi. İŞİD terrorçuları İran parlament binasına və Xomeyni türbəsinə hücum etmişdilər. Hücum nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər