İranda 3 nəfər selin qurbanı oldu

iranda-3-nefer-selin-qurbani-oldu
Oxunma sayı: 1069

İranın cənub- şərqindəki Sistan-Bəluçistan əyalətində davam edən sel nəticəsində 3 nəfər həlak olub. 

“Qafqazinfo” xəbər verir ki, sel fəlakəti 9 yanvardan etibarən davam edir. Fəlakət nəticəsində 400 kənd su altında qalıb.

20 mindən artıq ev sel nəticəsində yararsız hala düşüb. İnsanlar 7 gündür ki, evlərindən kənarda yaşayırlar.

Bölgədə yollar bağlı olduğundan helikopterlər vasitəsilə insanlara yardımlar aparılır.