İranda ardıcıl güclü zəlzələlər - Yenilənib

İranda ardıcıl güclü zəlzələlər
Oxunma sayı: 1317

İranın Salmas vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələnin dərinliyi 5,76 kilometr təşkil edib.

***

İranın Kirman vilayətində də 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzi məlumat yayıb.

Daha bir zəlzələ isə Bəsrə körfəzi sahilindəki Buşəhr vilayətində baş verib. Bu zəlzələnin gücü 4,3 bal təşkil edib. 

Yeraltı təkanlarda dağıntı və tələfat olub-olmadığı hələlik açıqlanmayıb.