İranda 4,6 bal gücündə zəlzələ oldu

iranda-46-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 1798

İranın cənub-qərbində zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, episentri Fars əyalətində olan 4,6 bal gücündə zəlzələ yerli vaxtla saat 19.28-də qeydə alınıb.

Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.