İranda 5 günlük matəm elan olundu

iranda-5-gunluk-matem-elan-olundu
Oxunma sayı: 5093

İranda 5 günlük matəm elan olunub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, ölkənin Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi Prezident İbrahim Rəisinin vəfatından sonra ölkədə 5 günlük matəm elan edib.

Xatırladaq ki, mayın 19-u baş vermiş qəza zamanı Rəisi ilə yanaşı ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti və Təbrizin imamı Məhəmməd Əli Haşemi də həlak olub.