İranın cənub-qərbində 5,2 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, zəlzələ Kohkuluyə-Boyərəhməd əyalətində Dogünbədan yaşayış məntəqəsinin 14 kilometrliyində qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
***
İranda baş verən zəlzələ zamanı 16 nəfər xəsarət alıb.
Bu barədə ölkənin Təcili Tibbi Yardım Xidməti məlumat yayıb. Məlumata görə, tibbi yardım göstərilən şəxslər artıq evə buraxılıb.
Son xəbərlər
Son Xəbərlər