İranın cənub-qərbində zəlzələ olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 5,6 bal gücündəki zəlzələ Kohqiluyə-Buyer Əhməd əyalətində baş verib.
Tehran Universiteti Seysmologiya Mərkəzindən bildirilib ki, əyalətin Dena rayonunda qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hələlik itki, tələfat və dağıntı barədə açıqlama verilməyib.
***
Zəlzələ nəticəsində azı 10 nəfərin yaralandığı bildirilir. Ölənlər haqqında məlumat hələ ki yoxdur.
Son xəbərlər
Son Xəbərlər