İranın şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar bu gün səhər saatlarında Məşhəd şəhərinin cənub-şərqindən 94 kilometr uzaqlıqda qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılarla bağlı məlumat yoxdur.
***
İranın Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi bildirib ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, azı 11 yaralı var.
Son xəbərlər
Son Xəbərlər