İranda koronavirusdan (COVID-19) qorunmaq məqsədilə saxta içki istehlakından zəhərlənərək ölənlərin sayı 728-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, ölkədə koronavirus epidemiyasının başlandığı gündən etibarən saxta içki istehlakı səbəbindən həyatını itirənlərin sayı 728-ə çatıb.
İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmailinin sözlərinə görə, ölkədə saxta içki istehsalı və satışı ilə məşğul olan bir çox şəxs saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub.
Qeyd edək ki, İranda koronavirusa qarşı müsbət təsir göstərdiyi barədə əhali arasında yayılan şayiələr saxta alkoqollu içki istehlakının artımına səbəb olub.
Son xəbərlər
Son Xəbərlər