İranda son 24 saatda koronavirusdan ölənlərin sayı daha 98 nəfər artaraq 4,683-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama verib. Məlumatda qeyd olunub ki, ötən gün ərzində daha 574 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bununla ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 74,877-yə çatıb. 48,129 pasiyentin xəstəlikdən sağaldığı bildirilib.
Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 1,934,976-ya çatıb, 120,438 nəfər həyatını itirib.
Son xəbərlər
Son Xəbərlər