İranda AES yaxınlığında iki dəfə zəlzələ oldu

iranda-aes-yaxinliginda-iki-defe-zelzele-oldu
Oxunma sayı: 1323

İranda “Buşer” Atom Elektrik Stansiyasının (AES) yaxınlığında iki dəfə zəlzələ vaş verib.

“Qafqazinfo”nun ABŞ Geoloji Xidmətinin saytına istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar 4,9 və 4,5 bal gücündə olub.

Bildirilir ki, zəlzələlər Tehran vaxtı ilə saat 02:20 və 03:19-da qeydə alınıb.

Birincinin episentri Borazhan şəhərindən 10 kilometr, ikincininki isə 17 kilometr məsafədə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.