“İranda aksiya liderləri edam olunacaqlar”

“İranda aksiya liderləri edam olunacaqlar”
Oxunma sayı: 5741

İranin dini lideri Ayətullah Əli Xameneyiyə yaxın “Keyhan” qəzeti gözlənilməz iddia ilə çıxış edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəzetdəki məlumatlara əsasən, benzinin qiymətinin artımına qarşı başlanmış aksiyalara liderlik edənləri edam cəzası gözləyir:

“Ölkədəki xaosun liderlərini edam gözləyir. Xaosçuların etdiyi əməl “üsyan”dır və cəzası hüquqi, o cümlədən şəriət qanunlarına əsasən edamdır”.

Qeyd edək ki, iddialara görə etirazlar zamanı həbs edilənlər istintaq gedişində aksiya təşkil etmək qarşılığında pul aldıqlarını etiraf ediblər.

Aksiyalar zamanı ölənlərin sayı barədə rəsmi məlumat verilməsə də, 1000-.dək etirazçının tutulduğu bildirilir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi