İranda aksiyalarda ölənlərin sayı 100-ü keçdi

iranda-aksiyalarda-olenlerin-sayi-100-u-kecdi
Oxunma sayı: 2378

İranda benzinin qiymətinin 50%-dək artmasına etiraz olaraq keçirilən aksiyalarda 106 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 3-nün təhlükəsizlik xidmətinin əməkdaşı olduğu deyilir. 1000-dək etirazçı isə həbs edilib. Ölkədə internetin verilişində problemlər yaranıb.

Qeyd edək ki, 21 şəhərdə keçirilən aksiyalarda ölənlərin sayının 200-ü keçəcəyi istisna edilmir.