İranda avtobus aşdı - 18 yaralı

İranda avtobus aşdı
Oxunma sayı: 761

İranın İsfahan şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. 

Bildirilir ki, yük maşını avtobusun arxa hissəsinə çırpılıb. Avtobus zərbənin təsirindən aşıb. Nəticədə 18 nəfər yaralanıb. Yaralılar müxtəlif xəstəxanalara çatdırılıb.