İranda avtobus aşdı - 3 ölü, 16 yaralı

iranda-avtobus-asdi
Oxunma sayı: 1284

İranın şimal-qərbində yerləşən Zəncan vilayətində avtobus aşıb.

“Qafqazinfo” “ISNA” agentliyinə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Zəncan-Təbriz avtomobil yolunun 30-cu kilometrliyində baş verib.

Qəza nəticəsində 3 nəfər həlak olub, daha 16 nəfər isə yaralanıb.