İranda Azərbaycan türkcəsi lüğəti hazırlanacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin rəsmi IRNA xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İran İslami İrşad və Mədəniyyət Nazirliyi elmi imkanlardan istifadə edərək Ərdəbil şəhərində lüğətin hazırlanmasına dəstək verəcək.
Hətta nazir Abbas Salihi, şəhər valisi Əkbər Behnamcu və nazirliyin şəhər üzrə nümayəndəsi Abdullah Bəhrul Ulumi arasında da bununla bağlı fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər