İranda baş verən zəlzələdə 76 yaralı var

iranda-bas-veren-zelzelede-76-yarali-var
Oxunma sayı: 1237

İranın qərbində 5,3 bal gücündə baş verən zəlzələdə yaralı sayı artıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələ nəticəsində 76 nəfər yaralanıb. 

Qeyd edək ki, daha əvvəl yaralı sayının 30 nəfər olduğu deyilirdi. İnfrastruktura və elektrik şəbəkələrinə maddi ziyan dəydiyi bildirilir.