İranda bina çökdü - Ölənlərin sayı artdı+Yenilənib

iranda-bina-cokdu
Oxunma sayı: 2886

İranın Abadan şəhərində onmərtəbəli bina çöküb.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Xəbəri rus dilində oxuyun: “В Азербайджане это шоу будет показано впервые” - Фото

Hazırda çökən binanın yaxınlığında yerləşən yaşayış və kommersiya xarakterli binalardan təxliyə əməliyyatı həyata keçirilir. 

Ölən və yaralananların sayının artacağı gözlənilir.

***

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. 25 nəfər isə yaralanıb. Dağıntılar altında azı 80 nəfərin qaldığı bildirilir.

***

İranın Abadan şəhərində 11 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6-ya, yaralananların sayı isə 28-ə çatıb.