İranda son 24 saat ərzindən daha 1499 nəfərdə koronavirusun aşkarlanması ilə yoluxanların ümumi sayı 79,494-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müşaviri Əlirza Vəhabzadə açıqlama verib. O həmçinin bildirib ki, ötən gün ərzində koronavirusdan 89 ölüm halı qeydə alınıb, bununla xəstəlik səbəbindən həyatını itirənlərin sayı 4958-ə çatıb.
Ümumilikdə 54,064 pasiyent isə müalicə olunaraq sağalıb.
Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 2, 193, 666-ya çatıb. 147, 384 nəfər isə dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər