İranda bir gündə koronavirusdan 88 nəfər öldü

iranda-bir-gunde-koronavirusdan-88-nefer-oldu
Oxunma sayı: 987

İranda son 24 saat ərzindən daha 1297 nəfərdə koronavirusun aşkarlanması ilə yoluxanların ümumi sayı 84 802-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama verib. O həmçinin bildirib ki, ötən gün ərzində koronavirusdan 88 ölüm halı qeydə alınıb, bununla xəstəlik səbəbindən həyatını itirənlərin sayı 5 297-yə çatıb.

Ümumilikdə 60,965 pasiyent isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 2 499 665-ya çatıb. 171 338 nəfər isə dünyasını dəyişib.