İranda bir neçə terror aktının qarşısı alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi bəyanat yayıb. Qurumun yaydığı məlumata əsasən, Tehranda və digər şəhərlərdə bir neçə terror aktının qarşısı alınıb.
Nazirlik terrorçuların yaxın günlərdə ölkənin bir neçə yerində partlayışlar seriyası planlaşdırdığını deyib.
Qeyd edilir ki, xüsusi əməliyyat nəticəsində terrorçular həbs olunub, həmçinin bir neçə partlayıcı qurğu və çoxlu sayda partlayıcı maddə götürülüb.
Son xəbərlər
Son Xəbərlər