İranda bir neçə universitetdə dərslər dayandırıldı

İranda bir neçə universitetdə dərslər dayandırıldı
Oxunma sayı: 1174

İranda etirazların genişlənməsi fonunda Təbriz Universitetində dərslər dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, Təbriz Universitetinin rəhbərliyinin yaydığı məlumata görə, sentyabrın 24-dən naməlum müddətə qədər universitetdə dərslər dayandırılıb. Məlumatda tətil səbəbləri barədə açıqlama verilməsə də, bunun etiraz aksiyalarının genişlənməsi və Təbrizdə hökumətə qarşı kütləvi nümayişlərin davam etməsi ilə bağlı olduğu ehtimal edilir.

Bununla yanaşı, Tehran və Şəhid Beheşti universitetlərində də dərslərin dayandırılması haqda bildiriş yayılıb.