İranda bu gün yeni aksiyalar gözlənilir

iranda-bu-gun-yeni-aksiyalar-gozlenilir
Oxunma sayı: 2099

Bu gün İranda yeni etiraz aksiyalarının keçirilməsi gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Məlumata görə, ölkədə etiraz aksiyaları ilə eyni zamanda hökumət tərəfdarlarının da aksiya keçirəcəyi planlaşdırılır.

Agentlik İranın Silahlı Qüvvələrinə istinadən yazır ki, İran ordusu etirazlar fonunda təhlükəsizliyi təmin etmək niyyətindədir.

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Tehranda və digər şəhərlərdə keçirilən aksiyalar zamanı etirazçılar polis məntəqələrini və maşınları yandırmağa başlayıb. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı da hücumlar olub. Ümumilikdə ölkədə aksiyalar zamanı 30-dan çox şəxsin öldüyü, 280 nəfərin saxlanıldığı bildirilir.