İranda casusluq edən ingilis diplomat saxlanıldı

iranda-casusluq-eden-ingilis-diplomat-saxlanildi
Oxunma sayı: 1407

İran İslam İnqilabı Keşikçiləri Korpusu bir neçə əcnəbini, o cümlədən Böyük Britaniyanın Tehrandakı ikinci ən yüksək rütbəli nümayəndəsini casusluq hərəkətlərinə görə həbs edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, saxlanılanların hələ də həbsdə olub-olmaması barədə dəqiq məlumat verilməyib.

“Bu casuslar İnqilab Keşikçiləri Korpusunun raket təlimlərinin keçirildiyi İranın mərkəzi səhrasında torpaq nümunələri götürüblər”, - İranın dövlət televiziyası bildirib.